Rusiyanın Buryatiya Respublikasının şimalında Baykal-Amur magistral xəttinin yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsi bildirib.
Bildirilib ki, zəlzələ Severo-Baykal bölgəsinin Xolodnoye kəndindən 26 km şimal-qərbdə qeydə alınıb.
Məlumata əsasən, ərazidə yeraltı təkanlar hiss olunmayıb, həyati təminat vasitələri normal rejimdə işləyir.
Bizim.Media