EN

Qərb Kremli zəiflətmək üçün Ukraynanı qurban verdi: "Növbəti qurban Ermənistan olacaq"

"Zelenski Ukrayna ordusunun geri çəkilməsinin səbəblərini açıqlayıb: "Ukrayna cəbhədə yalnız qoşunlardakı çatışmazlıqlar səbəbindən geri çəkilir. Mən qoşunların say nisbətində bəzən 8 dəfəyədək fərq olduğu barədə məlumat alıram. O zaman qarşıda iki seçim olur: sağ qalmaq və ya ölmək. Belə olan halda hərbçilərə geri çəkilməli və həyatlarını xilas etməli olduqları barədə göstəriş verirəm”. Hazırda dünya kifayət qədər resurslara malik olmayan gözəl bir ölkənin ABŞ və Avropanın Kremli zəiflətmək naminə Rusiya ilə müharibə nəticəsində məruz qaldığı itkilərin etiraf edilməsinə şahidlik edir".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Qərb Rusiya ilə problemini Ukrayan üzərindən həll etməyə çalışdı və Zelenski də bu oyuna getdi: " Nəyə görə ABŞ və Avropa Rusiya ilə mövcud olan problemini özü deyil, Ukrayna, Gürcüstan, Moldova və ya cırtdan Ermənistan hesabına həll etməlidir? Bunu anlamayan populist siyasətçilər rəhbərlik etdikləri dövlətlərə və xalqlara yalnız uzun illər həll edilməyəcək ərazi problemləri miras qoyub vəzifədən gedəcəklər".

Ə.Verdiyev hesab edir ki, növbəti qurban Ermənistan olacaq: "Əziyyət çəkən isə qonşuları düşmən edən ABŞ və Avropa deyil, Rusiya ilə savaşa girən ölkənin vətəndaşları olacaq. Rəqiblərinin süqutu və ya uduzması üçün real şəraitin olmadığı bir vəziyyətdə kiçik və ya qismən kiçik xalqları öz maraqları naminə qurban verən ABŞ və Fransa bu addımlara və itkilərə görə məsuliyyət daşımalıdır. Növbəti qurbanlıq isə Ermənistan olacaq".

Məğrur,

Sitat.info

 

Chosen
13
sitat.info

1Sources