EN

Sumqayıta şəhər statusu verilməsinin 75 illik yubileyi qeyd olunub

Sumqayıta şəhər statusunun verilməsinin 75 illik yubileyinə həsr olunmuş “İlham Əliyev Sumqayıt şəhərinin sürətli sosial-iqtisadi inkişafının qarantıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar sənaye sərgisi ilə tanış olublar. Sərgidə Sumqayıtda istehsal olunan məhsullar nümayiş etdirilib.

Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Azərbaycanın, eləcə də Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən biri kimi tanınan Sumqayıtın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərin sosial-iqtisadi inkişafına Ulu Öndər Heydər Əliyev böyük töhfələr vermişdir. Ümummilli Liderin bu sənaye şəhərinə hər səfəri Sumqayıtın tarixində önəmli rol oynamışdır. Bu gün Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində Sumqayıt yeni inkişaf dövrünü yaşayır.

Vurğulanıb ki, 2003-cü ildən başlayaraq ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində Sumqayıt intensiv sosial-iqtisadi inkişaf prosesləri dövrünü yaşayıb, şəhərin sənaye potensialı dəfələrlə artıb. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin tərkib hissəsi kimi Sumqayıtda yeni sənaye kompleksinin formalaşdırılması ayrıca diqqət mərkəzində saxlanılıb və bu məqsədə nail olunub. Tarixi şöhrətini bərpa edən Sumqayıt artıq yenidən regionun sənaye mərkəzinə çevrilib. Hazırda şəhərdə onlarca kimya, neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri fəaliyyət göstərir. Onların hər biri Azərbaycan iqtisadiyyatında böyük rol oynayan aparıcı istehsal müəssisələridir.

Sonra mövzu ətrafında məruzələr dinlənilib.

5Sources