EN

Makronun Fələstin müqaviməti ilə bağlı bəyanatı Mərakeşdə etirazla qarşılandı

Mərakeşdə Fransa prezidenti Emmanuel Makronun Mərakeş parlamentində çıxışı zamanı Fələstin müqavimətini tənqid etməsi etiraz edilib və pislənib.

Turkustan.az xəbər verir ki, Mərakeş Fələstinə Dəstək Cəbhəsinin təşkil etdiyi etiraz aksiyasında onlarla mərakeşli Fransanın Kasablanka Baş Konsulluğu qarşısında toplaşıb. Təhlükəsizlik qüvvələrinin bunun qarşısını almaq cəhdlərinə baxmayaraq, etirazçılar Makronun açıqlamalarına öz reaksiyalarını bildiriblər.

Etirazçılar Makronun açıqlamalarını qınadıqlarını və Qəzza ilə həmrəy olduqlarını vurğulayaraq, "Sinvar iradə buraxdı. Məsələ ilə bağlı güzəşt yoxdur", "Fələstin etimaddır, normallaşma (İsrail ilə) vətənə xəyanətdir" və "Ay Makron" kimi şüarlar səsləndiriblər. .. Fələstin bizim göz bəbəyimizdir” .

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
9
turkustan.az

1Sources