EN

Ötən il su ehtiyatlarından nə qədər istifadə edilib?

2023-cü ildə su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr təşkil edib.

"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov oktyabrın 31-də ADA Universitetində İqtisadiyyat Nazirliyinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə “Gələcəyin sədaları: iqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.

O bildirib ki, bu ehtiyatların 3,2 milyard kubmetri suyun mənbədən təsərrüfatlara çatdırılması zamanı infrastruktur, buxarlanma, sudan səmərəsiz istifadə və qanunsuz qoşulmalar səbəbindən itkiyə sərf olunub. 2003-cü ildə isə 26,2 milyard kubmetr su ehtiyatı formalaşıb ki, bunun 17,8 milyard kubmetri yerüstü, 8,4 milyard kubmetri yeraltı su ehtiyatlarının payına düşür.

Chosen
49
5
unikal.az

10Sources