EN

Zaur Əliyevin təşəbbüsü ilə COP barədə məlumat kitabçası çap edilib

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, h.ü.f.d., dosent Zaur Əliyevin təşəbbüsü ilə fakültənin tələbələri tərəfindən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Tərəflər Konfransı (COP) barədə” məlumat kitabçası hazırlanmış və çap edilib.

 

QHT.az E-huquq.az-a istinadən xəbər verir ki, qeyd olunan vəsaitin rəyçisi Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, h.e.d. Turqay Hüseynovdur.

 

Hüquq fakültəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində hazırlanan bu vəsait BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və COP (Tərəflər Konfransı) haqqında zəruri məlumatları, onların hüquqi statusu və mahiyyətini əks etdirməklə hüquqi və ekoloji maarifləndirməyə xidmət edir.

 

Vəsaitdə ayrıca bir bölmə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş ekoloji cinayətlərə həsr edilib.

 

Vəsaitin müəllifləri Hüquq fakültəsinin II, III və IV kurs tələbələri – Veysəl Mirzəzadə, Ziyəddin İsmayılov, Ələm Nəbizadə, Xəyal Əhməd, Şəhriyar Yusibov, Xanım Hüseynquliyeva, Fatimə Quluzadə və Nigar Ağakərimovadır.

 

Məlumat kitabçası geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Chosen
8
qht.az

1Sources