EN

Biznesin qurbanı olan məhsul: Sən demə, ziyan deyilmiş - Video

TikTok-da videoları ilə məşhurlaşan Firuz adlı azərbaycanlı fitnes məşqçisi qlütenin zərərli olmadığını iddia edib.

Ölkə.Az xəbər verir ki, o, türkiyəli həkim, fitoterapiya mütəxəssisi Ümit Aktaşın qlütenlə bağlı videosunu paylaşıb və daha sonra onun sözlərini şərh edib.

Sözügedən videoda Ü.Aktaş deyir:

"Qlüten heç kimin həzm edə bilmədiyi, sağlamlığımız üçün zərərli maddədir. Söhbət buğdanın içərisində olan bir proteindən gedir. Qlüten ingilis dilində “glu” sözündən götürülüb, “yapışqan” deməkdir. Bu bədədninizə daxil olanda bağırsaqlarınıza yapışacaq. Yəni siz çörək yediyinizi zənn edirsiniz, amma çörəyin içərisindəki qlüten bağırsaqlarınıza yapışır.
"Anamız, atamız da yeyirdi, buğda bizim mədəniyyətimizdə var" deməyin. Onların yediyi çörək, buğda bugünkü ilə eyni deyildi. Qlüten hamımıza zərər verir. Bağırsaqlarımıza kley kimi yapşır və orada müharibə başladır. İmmunitetinizlə "müharibə" aparır. Bu reaksiya nəticəsində də autoimmun xəstəliklərə səbəb olur. Əgər bağırsaqlarınıza kley almaq istəmirinizsə, hər növ buğda məhsulundan uzaq durun. Qlütendən uzaq dursanız, daha sağlam olacaqsınız".

Fitnes məşqçisi Firuz adlı şəxs isə həkimin sözlərinin yalnız qlütensiz məhsul istehsal edən müəssisələrə fayda verdiyini söyləyib:

"Yalanla, qorxu yaymaqla, qlütensiz qidaların satışını artırmaqla deyil. Kim bilir,qlütensiz qida istehsal edən şirkətlər bunlara nə qədər pul verib. Mən xəmirin vətənində gözümlə görmüşəm. Normal makaron 1 avro, qlütensizi 3 avroya satılır. 
Ümumiyyətlə qlüten arpanın, buğdanın tərkibinə olan bir proteindir. Çörəkdə, makaronda olur, çörəyin yapışqan olmağını təmin edir. Bəli, insan bədənində tam həzm olmur, amma həzm olmayan hissəsi bayra çıxır. 

Deyir ki, bağırsağa yapışır. Elə bir şey yoxdur. İnsan bağırsağı karton deyil. Bu,sadəcə qlütensiz qidaların biznesidir. 
Qlüten çölyak xəstələrinə və ya qlüten həssaslığı olan adamlara ziyanlıdır. Baxırsan ki, bir tikə çörək yeyən kimi qarnı şişir. Makaron yeyib özünü pis hiss edirsənsə, yemə! Amma mən yeyəndə özümü Koroğolu kimi hiss edirəm, elə bilirəm, Çənlibelə düşmüşəm. Mən niyə qlüten yeməyim? Deyəcəklər, həkimdir, həkimə qarşı gəlirsən? Əlimdə 15 möhkəm araşdırma varsa, gələrəm, o tərəfə də keçərəm. Bütün bu araşdırmaların həmfikir olduğu tək şey var. Sağlam adama qlüten heç nə eləmir. Bu, Qərb dünyasının bir biznesidir. Balanslı qidaya fikir verin",- deyə o söyləyib.

Qeyd edək ki, adı çəkilən fitnes məşqçisinin TikTok-da 60 minən çox izləyicisi var.

Billurə Yunus

Chosen
20
1
olke.az

1Sources