EN

Stadion ərazisində 56 yeni kafe və restoran yenidən qurulub - FOTOLAR

COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionu ərazisinə mediatur təşkil edilib.

FED.az xəbər verir ki, stadion ərazisində 4 mətbəx fəaliyyət göstərir. Bunun üçü Mavi Zonada, biri isə Yaşıl Zonada yerləşir.

Stadion ərazisində 56 yeni kafe və restoran yenidən qurulub. Bunların 30-dan çoxu "coffee-shop" və qida satışı nöqtələri, ikisi böyük restorandır. Restoranlardan birində milli mətbəx, digərində isə dünya mətbəxi təamları olacaq. 56 qida satışı nöqtəsi bütün zonaları əhatə edir. Ümumilikdə, bir saatda 6 mindən çox qonağa xidmət etmək mümkün olacaq.

Azərbaycanda ilk dəfə COP29-da qida tullantılarının yenidən emalı aparılacaq. Tullantılar ümumi tullantılar, qida tullantıları, qablaşmaların tullantıları və digər ümumi əşyaların tullantısı kimi çeşidlənir. Bunlar çeşidlənir, təkrar emala göndərilir və aidiyyəti qurumlara təhvil verilir. Eyni zamanda, qida tullantıları xüsusi avadanlıqlarla 24 saat ərzində yenidən təkrar emala göndərilir və onlardan alınan gübrələr “Bakı Abadlıq Xidməti” MMC-yə təhvil verilir. Bu gübrələrdən parkların salınmasında və digər məqsədlərdə istifadə edilir. (Trend)

StadionStadionStadionStadionStadionStadionStadionStadionStadion
Chosen
5
1
fed.az

6Sources