EN

Bu terror təşkilatı hər il "ağ ölüm" ticarətindən milyonlar qazanır

Avropada narkotik bazarının 80 faizinə nəzarət edən terror təşkilatı PKK hər il "ağ ölüm" ticarətindən ən az 75 milyon manat (1,5 milyard TL) pay alır. Təşkilat üzvləri İran, Əfqanıstan və Pakistandan aldıqları emal olunmamış morfini Şimali İraqdakı düşərgələrdə heroin zəhərinə çevirir.

Publika.az xəbər verir ki, ictimai rəy PKK terror təşkilatının lideri Abdullah Öcalanın saxlanma vəziyyətinin necə olacağı və PKK yaraqlılarına edəcəyi çağırışa yönəlib. Təhlükəsizlik Baş İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin 8 il ərzində hazırladığı əhatəli hesabatlara əlavə olaraq İnterpol və Birləşmiş Millətlər Təşkilatının hazırladığı narkotik hesabatlarında PKK-nın zəhər ticarətindəki rolu təəccüblü şəkildə ortaya çıxır.

Avropa narkotik bazarının 80 faizinə nəzarət edən terror təşkilatları PKK/KCK və PKK/YPG Pakistanda xam istehsaldan tutmuş İraqda distillə edilməsinə qədər narkotik ticarətinin hər mərhələsinə nəzarət edir. Bununla yanaşı zəhər törəmələrinin küçələrdə satışından tutmuş Avropada narkotiklərin vergiyə cəlb edilməsində də iştirak edir.

ABŞ Maliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən müvafiq idarə narkotik tacirləri elan edilən PKK liderlərinin adını təqdim edib:

Murat Karayılan, Əli Rıza Altun, Zübeyir Aydar, Cəmil Bayık, Duran Kalkan, Remzi Kartal, Sabri Okan, Adem Uzun, Zeynəddin Geləri, Ömər Geleri, Çerkez Akbulut və Ömer Boztepe.

İndiyə qədər hazırlanan hesabatlarda İran və İraqla sərhəd kəndlərdə kilo başına heroin istehsalından PKK və onun uzantı strukturlarının pay almasına, vergi adı altında maliyyə qaynaqlarının yaradıldığına dair sübutlar da var.

Chosen
12
publika.az

1Sources