Baş nazir Nikol Paşinyan bu gün, oktyabrın 31-də Ermənistan parlamentində “Vətəndaş Müqaviləsi”ndən olan deputatlarla qapalı görüş keçirəcək.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Qeyd olunur ki, gündəliyə əsasən daxili siyasi məsələlər daxil olacaq. Bu, bazar ertəsindən təxirə salınan görüşdür və bu gün baş tutacaq. Tədbir geniş formatda keçiriləcək.
Musavat.com