EN

Millimiz Türkiyə yığmasına məğlub oldu

Qəbələdə təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama görüşünü keçirib.

Apasport.az xəbər verir ki, U-15 Qəbələdə hazırlıq keçən Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə ikinci dəfə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb. Millimizin heyətində qolları 54-cü dəqiqədə Uğur Qurbanlı və 77-ci dəqiqədə penaltidən Əli Bəşirov vurublar.

Komandalar oyunu aşağıdakı heyətlərlə keçiriblər:

Azərbaycan (U-15): Bilal Hacıyev, Mehdi İsmayılov, Vaqif Nəbiyev, Uğur Qurbanlı (K), Roman Fərzəli, Vaqif Məmmədli (Tunar Bayramov, 84), Cavidan Əlizadə (Tunar Əsgərzadə, 46), Nihad Hüseynzadə, Ömər Kosayev (Ruslan Əbilov, 80), Əli Bəşirov, Yusif Orucəliyev (Murad İsmayılov, 78)

Türkiyə (U-15): Yağız Ekrem Çaçan, Yağız Kaan Bilgi (Hürkan Aktaş, 78), Kartal Yiğithan Yılmaz, Eyüp Çetinkaya (K) (Doruk Kadiroğlu, 46), Onur Seferoğlu (Arda Karaömer, 46), Bedirhan Güneli (Emirhan Karabulut, 78), Efkan Faruk Kesim (Rıdvan Harman, 60), Aras Çelik (Haktan Yılmaz, 60), Öztürk Mustafa Nohut, Mahmut Yağız Kazaz (Mehmet Efe Bozkurt, 60), Akın Ali Özcan (Yusuf Koloğlu, 60)

Qeyd edək ki, komandalar arasında oktyabrın 28-də keçirilən ilk yoxlama görüşündə Türkiyə yığması 2:0 hesablı qələbə qazanıb.

“Neftçi” – “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb

Mahirin "Nürnberq"dəki 3-cü qolu - VİDEO

Azərbaycan çempionatında 5-ci tura start verilib

“Neftçi” – “Araz-Naxçıvan" matçının hakimi bəlli olub

Azərbaycan Kuboku: II təsnifat mərhələsinə yekun vurulacaq

Chosen
83
8
apasport.az

10Sources