EN

Gürcüstan parlamentinin spikeri prezidenti saxtakarlıqda ittiham edib

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili prezident Salome Zurabişvilini saxtakarlıqda ittiham edib.

Aktual.az xəbər verir ki, Ş.Papuaşvili onu seçki saxtakarlığını sübut etməyə və ya yalan danışdığını etiraf etməyə çağırıb.

"Desin ki, o, beynəlxalq mətbuat qarşısında böhtan atıb və gürcülərin reputasiyasını zədələyib, ya da sübut təqdim etsin. Bu, sadəcə bir bəyanat deyil. O, (Zurabişvili – red.) konkret bir ittiham irəli sürüb”, – deyə Gürcüstan parlamentinin sədri vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda 26 oktyabrda parlament seçkilərindən bir gün sonra prezident Salome Zurabişvili seçkilərdə tam saxtakarlığın baş verdiyini və bir sənəd ilə təxminən 17 dəfə səs vermək mümkün olduğunu söyləyib. Daha sonra Baş Prokurorluq prezidenti ifadə verməyə çağırıb, lakin o, ifadə verməkdən imtina edib.

Chosen
5
6
ulusum.az

7Sources