Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib.
Arena.az xəbər verir ki, buna 2-ci təsnifat mərhələsinin bu gün başa çatmış oyunlarından sonra aydınlıq gəlib.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qarşılaşmaları dekabrın 3-4-də keçiriləcək.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
“Araz-Naxçıvan” – “Mingəçevir”
“Zirə” – “Şamaxı”
“Qaradağ Lökbatan” – “Səbail”
“Qəbələ” – “Qarabağ”
“Kəpəz” – “İmişli”
“Neftçi” – “Difai”
“Turan Tovuz” – “Sabah”
“Sumqayıt” – MOİK