EN

Polis partlayıcı olan çantanı atıb qaçan şəxsi axtarır

Oktyabrın 30-da axşam saatlarında Berlin polisi paytaxtın Noyköln rayonunda naməlum şəxsin atıb qaçdığı çantada aşkarlanan partlayıcı maddənin zərərsizləşdirilməsi üçün əməliyyat keçirib.

Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, polis əməkdaşları "Noyköln" dəmir yolu stansiyasında bir nəfərdən şübhələniblər. Həmin şəxsi saxlamaq istəyərkən o, gözlənilmədən qaçaraq uzaqlaşıb. Onun stansiyada atıb qaçdığı çantaya baxış keçirilərkən güclü partlayıcı maddə müəyyən edilib.

Vəziyyətlə əlaqədar ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb, partlayıcı maddə yaxınlıqdakı parkda polisin nəzarəti altında zərərsizləşdirilib.

Berlin polisinin hadisə ilə bağlı açıqlamasında hazırda həmin şəxsin tapılması üçün bütün istiqamətlərdə axtarış tədbirlərinin həyata keçirildiyi bildirilib.

Chosen
39
avtosfer.az

1Sources