Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Brüsseldə Milliİnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRI) BaşAssambleyasında və “Silahlı münaqişələr vəziyyətində fəaliyyətgöstərən Milli İnsan Hüquqları İnstitutlarının rolu vəfunksiyaları” mövzusunda keçirilmiş seminarda iştirak edib.
Bu barədə Trend-ə OmbudsmanAparatından məlumat verilib.
Bildirilib ki, Aparat rəhbəri seminarda çıxışı zamanıOmbudsmanın beynəlxalq humanitar hüquq normalarınınimplementasiyası istiqamətində gördüyü işlər, münaqişə dövründəbeynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına uyğunolaraq həyata keçirdiyi fəaliyyəti barədə geniş məlumat verib.
A.Səfixanlı Azərbaycan ərazilərinin otuzillik işğalı dövründəErmənistan tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitarhüquq normalarının kobud şəkildə pozulduğunu qeyd edib. O,Ermənistanın mina terrorundan danışaraq torpaqlarımızda basdırılmışminaların mülki şəxslərin həyat və sağlamlığına, keçmiş məcburiköçkünlərin öz doğma torpaqlarına qayıdışına ciddi maneəyaratdığını bildirib. Eyni zamanda, Birinci Qarabağ müharibəsindənindiyədək 4 minə yaxın azərbaycanlının itkin düşdüyü, onlarıntaleyi barədə bu günədək ölkəmizə hər hansı məlumatın təqdimolunmadığı qeyd edilib.
Aparat rəhbəri İkinci Qarabağ müharibəsi və postmüharibədövründə Ermənistanın mülki əhalinin hədəfə aldığı bölgələrimizdə,eləcə də işğal dövründə dağıdılmış ərazilərimizdə Ombudsmantərəfindən həyata keçirilmiş faktaraşdırıcı missiyalarınnəticələrinə əsaslanan hesabatların, bəyanatların və müraciətlərinhazırlandığını, beynəlxalq təşkilatlara, xarici ölkələrinombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdimolunduğunu diqqətə çatdırıb.
Aydın Səfixanlı, həmçinin ENNHRI-nin Baş Assambleyasında çıxışedərək, Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarınınmüdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, əldə olunan müsbəttəcrübələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətindəgörülən işlər barədə ətraflı məlumat verib.