EN

Ər və arvad dəm qazından boğularaq öldü

Goranboyda iki nəfər dəm qazından boğularaq ölüb.

Azreform.info "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Kəlbəcər rayon sakinləri - 1958-ci il təvəllüdlü Əkbərov Kamal Qurbanlı oğlu və həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əkbərova Aidə Əli qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
5
38
azreform.info

10Sources