EN

Rəcəb Tayyib Ərdoğan və Viktor Orban Qırğızıstana səfər edəcəklər

Macarıstanın Baş naziri Viktor Orban noyabrın 5-də Qırğızıstana səfər edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Bişkekdə jurnalistlərə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev deyib.

 

Onun sözlərinə görə, Viktor Orban səfər çərçivəsində Qırğızıstan prezidenti Sadır Japarov ilə danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatı Dövlət başçılarının 11-ci Zirvə görüşündə iştirak edəcək.

 

“Yüksək səviyyəli danışıqlar zamanı Qırğızıstan-Macarıstan arasında strateji tərəfdaşlığın geniş spektri müzakirə ediləcək. Səfərin yekununda ikitərəfli əməkdaşlığın daha da inkişafı və möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması planlaşdırılır”.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da həmin gün Qırğızıstana dövlət səfəri edəcək. Səfər zamanı Ərdoğan, Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edəcək. Bişkekdə dövlət başçıları arasında məhdud tərkibdə görüş, eləcə də Qırğızıstan-Türkiyə Strateji Əməkdaşlıq üzrə Ali Şuranın 6-cı iclası keçiriləcək. Tərəflər iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq sahələrini müzakirə edəcəklər.

Chosen
7
22
senzor.az

10Sources