"Bakı yollarında baş verən hadisələr böhran nəticəsidir. Səhər 6-7 də yola çıxsaq da tıxaclar çoxdur".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin hazırda keçirilən iclasında deputat Razi Nurullayev deyib.
"Təklif edirəm ki, noyabr ayı ərzində COP29-a görə işlər onlayn rejimdə olsun. Çünki vəziyyət daha da ağırlaşacaq. Qonaqlar əziyyət çəkəcək.
İkincisi isə metro tikintiləri ilə bağlıdır. Moskvada ildə 4-5 stansiya açılır. Bakıda sıxlığın aradan qaldırlması üçün də metrostansiyalar tikilsin, bunun üçün vəsait ayrsılsın", - deyə o bildirib.
Türkan İSGƏNDƏRLİ