EN

Husilər Qırmızı dənizdə 202 gəmini hədəf alıb

Yəməndəki husilər noyabr ayından bu yana Qırmızı dənizində İsrail, ABŞ və İngiltərəyə məxsus 202 gəmini hədəfə aldıqlarını açıqlayıb.

"Cebheinfo.az" xarici KİV-ə istinadən xəbər verir ki, husilərə məxsus "Əl Məsirə" televiziyası Husilər Hərəkatının lideri Əbdülməlik əl-Husinin çıxışını yayımlayıb.

Husi çıxışında hərəkata bağlı Yəmən Hərbi Dəniz Qüvvələrinin bu həftə 4 gəmini hədəf aldığını, beləliklə də, noyabr ayından bəri Qırmızı dəniz və Oman dənizində İsrail, ABŞ və Böyük Britaniyaya bağlı 202 gəmiyə hücum edildiyini bildirib.

Məsələ ilə bağlı ABŞ, Böyük Britaniya və İsraildən heç bir açıqlama verilməyib.

Chosen
22
cebheinfo.az

1Sources