"Real" İspaniyanın cənub-şərqindəki Valensiya əyalətində baş verən daşqınlardan zərər çəkənlərə maliyyə avro ayırıb.
QOL.az xəbər verir ki. bu barədə klubun saytı məlumat yayıb.
"Real" dəstəyə ehtiyacı olan, kritik vəziyyətlərdə olan çoxsaylı ailələrə yardım üçün belə bir addım atıb. Klub 1 milyon avro ianə ilə fandreyzinq kampaniyasına başlayıb.
Daha əvvəl məlumat verilmişdi ki, daşqına görə yolları su basıb, evlərə və avtomobillərə ziyan dəyib. Daşqın nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb.