EN

İspaniyanın Baş naziri ilk dəfə Azərbaycana GƏLƏCƏK

İspaniya Hökumətinin Sədri Pedro Sançez Azərbaycana səfər edəcək.

 

Modern.az-ın məlumatına görə, İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sançonun Prezident İlham Əliyevlə görüşündə məlumat verilib.

 

Səfir Azərbaycanın COP29-a ev sahibliyi etməsinin və sədrliyinin, həmçinin ölkəmizin iqlim dəyişmələri prosesindəki mübarizəyə töhfə vermək əzminin yüksək qiymətləndirildiyini vurğulayıb, bu tədbirin Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

 

Prezident İlham Əliyev COP29-un keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az vaxtın olmasına baxmayaraq bütün işlərin yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycan tərəfinin böyük səy göstərdiyini deyib.

 

Dövlətimizin başçısı İspaniya Hökumətinin Sədrinin COP29-da iştirakından məmnunluğunu bildirərək, qeyd edib ki, bu, İspaniya tərəfindən hökumət sədri səviyyəsində ölkəmizə ilk səfər olacaq.

 

Səfər çərçivəsində keçiriləcək görüşlərin ikitərəfli münasibətlərimizin inkişafına yeni təkan verəcəyinə ümidvarlıq ifadə olunub.

Chosen
8
27
modern.az

10Sources