EN

Ermənistanın COP29-a qarşı kampaniyası Azərbaycana ziyan vurur?

Açıq aydın görünür ki, COP29-a qarşı bu təxribatlar İrəvandan və erməni diaspor mərkəzlərindən idarə olunur...

Siyasi-şərhçi: “Belə bir mühim tədbirə kölgə salmaq cəhdləri var və olacaq. Ermənistan bu siyasi təzyiq vasitəsindən istifadə edərək müəyyən cuzi də olsa, nailiyyətlər əldə etmək istəyir”.

Azərbaycan qanun çərçivəsində hərəkət etmək hüququna malikdir, bu hüquqlar isə hər hansı beynəlxalq təzyiq vasitəsilə sorğulana bilməz”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Ermənistanın COP29 tədbirlərinə mane olmaz cəhdlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın COP29 iqlim sammiti çərçivəsində Bakıya gələcəyi, erməni diversantların İrəvana təhvil verilməsini istəyəcəyi iddia edilir. Həmin şəxslərin separatçılar olmadığı, sayı o qədər çox olmayan bir neçə sıravi hərbiçidən söhbət getdiyi qeyd edilir. Amma son vaxtlar Qərbdən Azərbaycana COP29 öncəsi tələblər arasında Bakıda saxlanılan separatçıların azad edilməsi də var. Açıq aydın görünür ki, COP29-a qarşı bu təxribatlar İrəvandan və diaspor mərkəzlərindən idarə olunur. Məhz İrəvan və erməni diasporu bəzi Qərb siyasətçilərini Azərbaycana qarşı qeyri-obyektiv fikirlər səsləndirməyə məcbur edirlər.

Bəs, Ermənistanın COP29-a qarşı kampaniyası Azərbaycana və bu qlobal tədbirə hansı səviyyədə ziyan vurur?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Ermənistanın COP29-a qarşı kampaniyası həm Azərbaycanın, həm də regionun inkişafına ziyan vurur”.

İrəvanın və onun diasporunun bu cür təxribatlarının regional sabitliyə ciddi təhlükə yaratdığını qeyd edən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu, həm də sülh prosesinin ləngiməsinə səbəb olur:

“Belə bir mühim tədbirə kölgə salmaq cəhdləri var və olacaq. Ermənistan bu siyasi təzyiq vasitəsindən istifadə edərək müəyyən cuzi də olsa, nailiyyətlər əldə etmək istəyir. Lakin Azərbaycan son dönəmlərdə olduğu kimi, bunu fürsətə çevirərək əvəzində öz tələblərini irəli sürə bilər. Yadınızdadırsa, bundan öncə də əsir mübadilələri qarşılıqlı şəkildə baş vermiş və Azərbaycanda öz xeyrini götürmüşdü. Hətta COP-29 Azərbaycanda baş tutmadı üçün Ermənistanın da rolu olub.

Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq və xoşməramlılıq jesti olaraq 32 erməni hərbi qulluqçusunu azad etdikdən sonra Ermənistan Azərbaycan Respublikasının namizədliyini dəstəkləmək üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürüb. Bu baxımdan Azərbaycan jest olaraq sıravi hərbiçiləri yenə anoloji , Azərbaycanın maraqları naminə azad edə bilər, lakin bu sözsüz ki, separatçılara aid deyil .

Kamran Məmmədli: “Bu cür hərəkətlər, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə sahəsində regional və qlobal əməkdaşlığa da zərbə vurur”.

Azərbaycan qanun çərçivəsində hərəkət etmək hüququna malikdir, bu hüquqlar isə hər hansı beynəlxalq təzyiq vasitəsilə sorğulana bilməz. Həmin şəxslər böyük cinayətlərə əl atan , əlləri qana bulanmış terrorçulardı və Azərbaycanda digər ölkələrin terrorçulara qarşı nümayiş etdirdiyi müamilədən qat-qat daha çox tolerant yanaşaraq müamilə aparır. Bu səsəbdən Ermənistanın COP29-a qarşı kampaniyası isə həm Azərbaycanın, həm də regionun inkişafına ziyan vurur. Bu cür hərəkətlər, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə sahəsində regional və qlobal əməkdaşlığa da zərbə vurur.

COP29 kimi mühüm tədbirin keçirilməsi, əslində, ölkələrin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq etməsinə və ortaq həll yolları tapmasına yönəlmişdir. İrəvanın və onun diasporunun bu cür təxribatları, regional sabitliyə ciddi təhlükə yaradır və sülh prosesinin ləngiməsinə səbəb olur”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
69
50
poliqon.info

10Sources