Fransada gənc oğlan uğursuz estetik əməliyyata görə intihar edib. Bu barədə Baza Telegram kanalı məlumat yayıb. Qeyd edilib ki, faciəvi hadisə Parisdə olub. Məlumata görə, özünü həkim kimi təqdim edən türk rieltorun mərhumun üzündə uğursuz saqqal transplantasiyası əməliyyatı aparıb.
"24 yaşlı fransalı tələbə saqqal transplantasiyası əməliyyatı keçirmək istəyib və bu məqsədlə Türkiyəyə getməyə qərar verib. Orada bu, bir neçə dəfə ucuz başa gəlir. O, klinika da seçib və prosedurun pulunu ödəyib. Əslində hər şey uğurla keçib. Lakin sonradan tələbə çətinliklərlə üzləşib".
Gəncin atası üzünə əkilən tüklər böyüməyə başlayanda onların kirpi oxlarına bənzədiyini bildirib. Bundan əlavə, onun başının arxasındakı dəri də sağalmayıb və daim ağrıyırmış. Tələbə məsləhət üçün başqa həkimlərə müraciət edib və onlar ona başının arxa hissəsini bərpa etməyin mümkün olmayacağını bildiriblər. O, həmçinin transplantasiyanı həyata keçirən həkimin əslində daşınmaz əmlak agenti olduğunu aşkar edib.
Məlum hadisəyə görə gənc depressiyaya düşüb. Əməliyyatdan 3 ay sonra o, Parisdə tələbə yataqxanasında intihar edib.
Tural