ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib ki, “Şimal axını 2 ”ni o məhv edib .
KONKRET.az xəbər verir ki, Tramp bunu jurnalist Taker Karlsona müsahibəsində bildirib. Bununla da Tramp Rusiyanın dostu və Moskva üçün işləmək ittihamlarına cavab verib. Siyasətçi bu cür düşünən insanları xəstə adlandırıb: “Bu, Rusiyadan Almaniyaya qədər uzanan dünyanın ən böyük qaz kəməridir. Mən onu “dağıtdım”. Bunu məndən başqa heç kim edə bilməzdi”. Tramp bildirib ki, “Şimal axını 2” Rusiyadan bütün Avropaya gedən ən böyük qaz kəməri idi . 2019-cu ildə tikinti iştirakçılarına qarşı sanksiyalar tətbiq etdiyi üçün onu məhv etdiyini deyib.
Vəli Həsənoğlu,
KONKRET.az