EN

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçib » AzadMedia.az


Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC (ADY) gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov media nümayəndələri üçün təşkil olunan brifinq zamanı bildirib.

Onun sözlərinə görə, qurum gücləndirilmiş iş rejiminə 1 noyabr tarixindən keçib.

Azər Fərəcov qeyd edib ki, gücləndirilmiş iş rejiminə keçid çərçivəsində stansiya və dəyənəcəqlarda əməkdaşların sayı artırılıb, onlar üçün müvafiq təlimlər keçirilib.

"Həmçinin təhlükəsizlik tədbirləri də gücləndirilib", - Azər Fərəcov vurğulayıb.
Chosen
5
7
azadmedia.az

8Sources