Bakı. Trend:
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evininnəzdində Kanada Azərbaycanlı Gənclər Birliyi (Youth Unity ofAzerbaijani Canadians) yaradılıb.
Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, Azərbaycan Evində baş tutan açılışa dünyaşöhrətli azərbaycanlı alim, Əməkdar elm xadimi, Humboldt mükafatıalan ilk azərbaycanlı professor Məsud Əfəndiyev, Ontario əyalətininkeçmiş deputatı, nüfuzlu siyasətçi Reza Moridi və professor İlqarMəmmədov qatılıb. Onlar birliyin yaradılması münasibətiləazərbaycanlı gəncləri təbrik edib və onlara uğurlararzulayıblar.
Məsud Əfəndiyev Kanada Azərbaycanlı Gənclər Birliyininyaradılmasının önəmli və doğru bir addım olduğunu vurğulayıb. O,yeni yaradılan birliyin ölkəmizlə sıx əlaqədə olmasının, eynizamanda digər ölkələrdə yerləşən Azərbaycan Evlərində fəaliyyətgöstərən birliklərlə ortaq tədbirlər, görüşlər keçirməsininəhəmiyyətindən danışıb.
Azərbaycan Kanadalı Gənclər Birliyinin təşkilatçıları FəridMəlikov və Fidan Əliyeva qeyd ediblər ki, birliyin əsas hədəfiKanadada yaşayan azərbaycanlı gəncləri bir araya gətirmək, elmi vədigər vacib mövzularla əlaqədar görüşlər həyata keçirməkdir. Yaxıngünlərdə gənclərlə bağlı böyük bir tədbirin keçiriləcəyi və bubarədə ictimaiyyətə daha geniş məlumat veriləcəyi dəbildirilib.
Görüşdə Məsud Əfəndiyev, Reza Moridi və İlqar Məmmədov elm,siyasət, şəxsi inkişaf haqqında öz dəyərli fikirlərini gənclərləbölüşüblər.