Bakıda – Dənizkənarı Bulvarda keçirilən “COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” adlı tədbir və yürüşü QHT-lərin yaşıl dünyaya töhfəsidir.
“İki sahil” xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli deyib.
Onun sözlərinə görə, sözügedən tədbir QHT-lərin yaşıl hərəkata töhfəsidir: “Bugünkü tədbir Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi, Milli Qeyri-Hökumət Təşkilatları Forumu və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilir. Burada inklüzivlik və ictimai iştirakçılıq baxımından əlilliyi olan şəxslərin təşkilatları, QHT-lər və velosipedçilər təmsil olunur. Aksiyada QHT üzvləri müəyyən marşurut üzrə yürüş edib, velosiped sürəcəklər”.
R.İsgəndərli tədbirin əsas məqsədinin Azərbaycanda keçiriləcək COP29 konfransı ilə əlaqədar QHT-lərin də yaşıl dünyaya töhfə vermələri olduğunu bildirib.