EN

Ağstafada genişmiqyaslı kompleks mülki müdafiə təlimi keçirilib - VİDEO

Ağstafa Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Fövqəladə hadisələr zamanı rayonun ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə Mərkəzin şəxsi heyəti və texnikası, RİH-in Mülki müdafiə qərargahı, Fövqəladə Hallar Komissiyası və ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilib.

"Unikal" xəbər verir ki, tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov çıxış edərək, ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə təlimin vacibliyindən, eləcə də bu cür tədbirlərin yüksək əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, təlimin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Təlimin yekununda aparılan təhlillər nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti üzrə msul şəxslərə zəruri tövsiyə və tapşırıqlar verilib. 

 

Chosen
21
unikal.az

1Sources