EN

Məktəbli ulduz futbolla təhsili bir araya necə sığdırmasından danışdı - "ÇL oyunu varsa..."

"Barselona"nın 17 yaşlı müdafiəçisi Pau Kubarsi futbolu məktəb həyatı ilə necə bir araya sığdırmasından danışıb.

Fanat.Az xəbər verir ki, gənc ulduz bu barədə çətinliklərini "RAC1"-ə belə çatdırıb:

“Məktəbdə sonuncu sinifdə oxuyuram. Səhər məşq edirəm, günorta saat üçdə dərsə gedirəm. Axşam saat səkkizə qədər məktəbdə oluram. Çempionlar Liqası varsa, dərsdən yayınmalı oluram. Ancaq sonra başqalarından qeydlər istəməliyəm.

Təhsil almaq bəzən çətin olur, lakin mən marketinq və ya biznes idarəçiliyi üzrə təhsil almaq istərdim. Bunun üçün əvvəlcə orta məktəbi bitirməliyəm”. 

İspaniyalı müdafiəçi bu mövsüm 14 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Mirağa

Chosen
19
1
fanat.az

2Sources