EN

Ərdoğan İraqın Baş naziri ilə hansı məsələləri müzakirə etdi?

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudaniyi qəbul edib.

Publika.az xəbər verir ki, İstanbulda yerləşən Vəhdəttin köşkündə baş tutan görüşdə Türkiyə-İraq arasındakı ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər də müzakirə edilib.

Prezident Ərdoğan başda İnkişaf Yolu layihəsi olmaqla tarixi köklərə malik Türkiyə-İraq əlaqələrinin inkişaf etdirilməsinin hər iki ölkə üçün saysız faydalarının olacağını və bunun üçün zəruri addımları qərarlılıqla atmağa davam edəcəklərini bildirib.

Chosen
9
6
publika.az

10Sources