Tacikistanda cadugərlik və falçılıqla məşğul olan 1500 nəfər saxlanılıb.
Day.Az xəbər verir ki, bu barədə Tacikistan hökumətinin rəsmi xəbər agentliyi məlumat yayıb.
Â
Məlumata görə, məhbuslara hansı cəzalar tətbiq olunacağı bildirilməyib. Həbslər dövlət başçısı Emoməli Rəhmonun müvafiq əmrinə əsasən həyata keçirilib.
Qeyd olunub ki, 5000-dən çox molla fanatizmə görə daxili işlər orqanlarında qeydiyyata alınıb.