Endokrinoloq Veronika Kurova “Telegram” kanalında diabet xəstəliyinin inkişafının əsas səbəblərindən birinin adını çəkib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, həkim daxili orqanların ətrafında yaranan visseral piylənmənin çox vaxt 2-ci tip diabetdən əvvəl baş verdiyini açıqlayıb.
Endokrinoloq qeyd edib ki, piylənmənin ən çox yayılmış səbəbləri qeyri-kafi fiziki aktivlik və düzgün qidalanmamaqdır.
Həkim artıq çəkidən əziyyət çəkən insanlara şəkər xəstəliyinin qarşısını almaq üçün sağlam menyuya və fiziki fəaliyyət rejiminə riayət etməyi tövsiyə edib:
“Əgər həddindən artıq çəkiniz varsa, müayinə və müalicə üçün mütləq həkimə müraciət etmək lazımdır”.