EN

Macarıstan Ukrayna ilə əməkdaşlıq sazişinə NATO-ya daxil olma bəndini ƏLAVƏ ETMƏDİ

Macarıstan Ukrayna ilə əməkdaşlıq sazişinə ölkənin NATO-ya daxil olması ilə bağlı bəndi daxil etməkdən imtina edib.
 

Bizim.Media xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin sözçüsü Mate Patzolay məlumat verib.

O qeyd edib ki, Budapeşt hələ də Ukraynanın NATO-ya daxil olmasının üçüncü dünya müharibəsinin başlanğıcı olacağına inanır.

Qeyd edək ki, Ukraynanın NATO-ya dəvət edilməsi Ukrayna Prezidenti Vladimir Zelenskinin oktyabrın 16-da Ali Radada təqdim etdiyi “qələbə planı”nın bəndlərindən biridir.

Bizim.Media

Chosen
58
32
bizim.media

10Sources