EN

Elektriklə işləyən “Mercedes” enerji yığarkən partladı

İngiltərədə bir ailə lüks elektrik avtomobili evlərinin qarşısında şarj edərkən maşın partlayıb.

NOCOMMENT.az xəbər verir ki, Skott və Corcina Baylis cütlüyünün EQA model avtomobili evin qarşısında əvvəlcə yanmağa başlayıb, daha sonra isə partlayıb.

Yanğın qısa zamanda qaraja keçib və evin ön  hissəsində yerləşən yataq otağını tüstü basıb.

Mütəxəssislər 2022 model avtomobilin akkumulyatorunda ‘termal sızma’ olduğunu düşünürlər. “Mercedes-Benz”in Böyük Britaniya sözçüsü hadisəni araşdırdıqlarını və ailəyə müvəqqəti avtomobil veriləcəyini açıqlayıb. Ailə isə bir daha “Mersedes” sermək istəmədiklərini açıqlayıb.

Maşının ümumi dəyərinin 50 min funt-sterlinq (təx. 110 min AZN) olduğu bildirilir.

Qorxu dolu anlar evin təhlükəsizlik kameralarına saniyə-saniyə əks olunub.

Məlumata görə, avtomobil partlayışdan əvvəl 10 saat hərəkətsiz qalıb.

 

Chosen
4
4
nocomment.az

10Sources