Rusiya Xarkov polisinə zərbə endirdi – Ölən və yaralananlar var
Rusiya ordusu Xarkov rayonlarından birində Ukrayna polisinin yerləşdiyi yerə raket zərbəsi endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu və yerli hakimiyyət orqanları məlumat yayıb.
Bildirilib ki, atışma nəticəsində 30 polis əməkdaşı, bir xilasedici və 9 mülki şəxs yaralanıb. Bir polis ölüb - 40 yaşlı polkovnik Andrey Matvienko.