EN

Şimali Koreyanın Ukraynayla cəbhəyə göndərdiyi əsgərlər Rusiyanın həftəlik itki normasıdır- İSW

Şimali Koreya qoşunlarının Rusiyanın insan resursları problemini uzun müddətli perspektivdə həll edəcəyi ehtimalı azdır.

EDnews xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) öz hesabatında yazıb.

ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, Rusiya qüvvələri gündə 1200-dən çox insan itirir (və ya təxminən ayda 36 000). ABŞ-ın son qiymətləndirmələrinə görə, Rusiyanın aylıq səfərbərlik gücü 25 000-dən 30 000-dək yeni əsgərdir. Bu isə onu göstərir ki, Rusiya hazırkı cəbhə itkilərini tam əvəzləyə bilmir.

"Kursk bölgəsində döyüşlərə qatılmağa hazırlaşdığı deyilən 8 000 şimali koreyalı əsgər  cəbhə xətti boyunca təxminən həftəlik itkiləri əvəzləyir. Şimali Koreya Rusiyaya ümumilikdə 12 000 hərbçi göndərib”, - o deyib.

ISW qeyd edir ki, Rusiyanın Şimali Koreya muzdlu qüvvəsindən necə istifadə edəcəyi hələ aydın deyil, lakin Rusiya tərəfindən həyata keçirilən yüksək itkilərlə nəticələnən hücum əməliyyatlarında Şimali Koreya əsgərlərinin iştirakının  daha yüksək itkilərə səbəb olacağı güman edilir.

ISW son qiymətləndirməsində Şimali Koreyanın, müasir müharibədə dəyərli döyüş təcrübəsi qazanmaq üçün Rusiyanın tərəfində müharibədə iştirak etmək qərarına gəldiyini qeyd edib. Lakin vurğulanıb ki, Rusiya komandanlığının Şimali Koreya qüvvələrini döyüşlərdə necə istifadə edəcəyi, onların döyüş təcrübəsini mənalı şəkildə mənimsəmə qabiliyyətinə təsir göstərəcək. Əgər Şimali Koreya qoşunları ruslar kimi ağır itkilər versə, Pxenyanın döyüş meydanında öyrənmək istədiyi dərslər ağır olacaq. Çətin ki, Kim Çen İn  öz qoşunlarını uzun müddət belə itkilərə məruz qoymağa  razı olsun.

Chosen
62
24
ednews.net

10Sources