EN

Ötən ay COP29-la bağlı 11 saxta informasiya resursu bloklanıb

Hazırda COP29 tədbirləri ilə bağlı müxtəlif saxta resusların yaradılması müşahidə olunur. Onlardan bir qismi informasiya monipulyasiyasına hədəflənmiş resuslar olsa da, bir çoxu kiber dələduzlar tərəfindən yaradılmış saxta resuslardır.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Məlumata görə, kiberdələduzlar qeydiyyat, eləcə də tədbir çərçivəsində müxtəlif iş yerlərinin açılması ehtimalından sui-istifadə edərək məşğulluq platformalarında saxta məlumatlar yerləşdirməkdədirlər.

“Oktyabr ayı ərzində idarəetmə mərkəzi ilə birgə 11 belə saxta informasiya resursu aşkarlanaraq ölkə üzrə bloklanması təmin edilib. Hal-hazırda digər dövlət qurumları ilə yanaşı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də COP29-la bağlı imzalanmış “Ev sahibi ölkə” sazişinin icrasının təmin edilməsinə cəlb olunub. Qeyd olunan sazişdə tədbirlərin keçiriləcəyi dövr ərzində hökümətin kifayət qədər ciddi öhdəlikləri qeyd olunub. Xidmət üzərinə düşən öhdəlikləri Əməliyyat Şirkəti ilə birlikdə uğurla həyata keçirmək və belə mötəbər tədbirin yüksək səviyyədə başa çatması üçün bütün lazımi tədbirləri görəcək”, - deyə XRİTDX-nin məlumatında vurğulanıb.

Chosen
14
16
xalqqazeti.az

10Sources