EN

İSRAİL BAŞ NAZİRİNİN KÖMƏKÇİSİ HƏBS OLUNDU

İsrail kəşfiyyat orqanları Baş nazir Benyamin Netanyahunun ofisindən məxfi kəşfiyyat məlumatlarının sızması ilə bağlı bir neçə nəfəri şübhəli şəxs qismində saxlayıb.

Tezadlar.az  CNN-ə istinadla bildirir ki, məlumatı “Tayms of İsrail” qəzeti yayıb. Nəşrin məlumatına görə, sızıntı İsrailin hərbi məqsədlərinə çatmasına mane ola bilər. “Axios” portalı isə saxlanılan şəxslərdən birinin Netanyahunun köməkçisi olduğunu iddia edib.

Hazırda həbs edilən köməkçinin ətrafında araşdırmalar aparılır. Onun hansı ölkənin kəşfiyyatl ilə əlaqədə olması barədə isə hələki heç bir açıqlama verilmir.

A.Məmmədli

Chosen
41
tezadlar.az

1Sources