EN

Qvardiola: ''Ronaldo ''əjdaha''dısa, Messi ''əjdaha''nın atasıdı''

''Mançester Siti''nin baş məşqçisi Xosep Qvardiola ''Qızıl top''la bağlı açıqlamalar verib.

Bilindiyi kimi bu mükafat bu il ''Siti'' və İspaniya yığmasının yarımmüdafiəçisi Rodriyə qismət oldu. Bundan başqa Qvardiola ''Real'' cəbhəsinin bu ilki mükafatlandırma mərasimini boykot etməsinə də münasibət bildirib:

''Yaxın keçmişdə elə bir dönəm var idi ki, ''La Masiya''nın birdən-birə 3 yetirməsi ''Qızıl top''u qazana bilərdi. Amma Messidən fərqli olaraq Xavi və İnyesta mükafatı qazana bilmədi. Yalnız Kriştiano Ronaldo Leoya rəqib ola bildi. Düzdü, Ronaldo ''əjdaha''dı. Amma Messi də ''əjdaha''nın atasıdı. Onlar möhtəşəm karyeraya malik oldular və uzun illər rəqabət apardılar. Ronaldo ilə Messi tamam başqa səviyyədədi. Amma məncə, Xavi ilə İnyesta da ''Qızıl top''u qazanmağa layiq idi. ''Real''dan heç kimin bu ilki mərasimdə iştirak etməməsi barədə nə düşünürəm? Heç nə düşünmürəm. İştirak etməyiblərsə, deməli sadəcə gəlmək istəməyiblər. Təbrik etmək istəmədilərsə, eybi yox. Mən və ''Siti''nin digər rəsmiləri bura başqa klubun hərəkətini müzakirə etmək üçün gəlməmişik. Holann ötən mövsüm trebl etdi və 50-dən çox qol vurdu. Ona dedim ki, mərasimdə mütləq iştirak etsin. Sən dünyanın ən yaxşı hücumçuları arasında yer alırsansa, bu, xüsusi olaydı. Bu, sənin mövsümü yüksək səviyyədə keçirdiyini göstərir. Holann ''Qızıl top''u ötən il qazanmalı idi''.

ƏLİ
Chosen
30
football-plus.az

1Sources