EN

Cənubi Koreya turizmi məhdudlaşdırmaq üçün komendant saatı tətbiq edəcək

Bakı, TurkicWorld

Cənubi Koreya həddindən artıq turizmin təsirlərini azaltmaq məqsədilə Seulun tarixi Bukçon Hanok kəndində bəzi ərazilərə girişi məhdudlaşdırmağa hazırlaşır.

TurkicWorld xəbər verir ki, Noyabr ayında sınaq mərhələsinə başlanacaq bu tətbiqə əsasən saat 17:00-dan 10:00-a qədər turistlərin müəyyən bölgələrə girişi məhdudlaşdırılacaq.

Bu məhdudiyyəti pozan turistlər 100 min Cənubi Koreya vonu məbləğində cərimələnəcək. Bu yeni tənzimləmə kənddəki turist sıxlığını azaltmaq və sakinlərin gündəlik həyatını qorumaq məqsədi daşıyır.

Kənddəki Asiya Mədəniyyət İncəsənət Muzeyinin sahibi Kvon Yonq-du turistləri ictimai yerlərdə cərimələməyin mənasız olduğunu vurğulayaraq, "Belə bir şey olanda kim bura səyahət etmək istəyər? Bu, Cənubi Koreya haqqında pis təəssürat yaradar," deyə bildirib.

Seulun Conqno rayonunda yerləşən və Çoseon sülaləsindən qalan, 1392-1897-ci illəri əhatə edən tarixi kənd ənənəvi taxta evləri və dar küçələri ilə həm yerli sakinlərin, həm də xarici turistlərin diqqətini cəlb edir. Lakin son illərdə turistlərin sayının artması kənddə yaşayan təxminən 6100 nəfəri narahat edir. Məlumatlara görə, ötən il kəndi 6 milyona yaxın turist ziyarət edib.

Conqno rayonunun direktoru Çunq Mun-hun bu tətbiqin kənd sakinlərinin hüquqlarını qorumağı hədəflədiyini bildirərək, məhdudlaşdırılacaq ərazinin təxminən 34 min kvadratmetr, yəni 5 futbol meydançası böyüklüyündə olacağını qeyd edib.

Ənənəvi Koreya evlərinin turizmə açılmasından narazı olan yerli sakinlər 2010-cu ildə kənddə cəmi 10 evin turistlərin istifadəsinə verildiyini, 2023-cü ilin oktyabr ayında isə bu rəqəmin 116-ya yüksəldiyini bildiriblər

Chosen
7
1
turkic.world

7Sources