EN

Moskva və Tehran niyə "düşmən" oldular? (ŞƏRH)

"Bu hadisə sıradan bir hadisə deyil. Əmin olun ki, əvvəlcədən düşünülüb və razılaşdırılmış məsələdir". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri SEPAH generalı Qurbanəli Salavatianın Rusiyanın İsrailin İrana etdiyi hava hücumu zamanı S-300 hava hücumundan müdafiə sistemlərini aktivləşdirmək üçün kodları İrana verməkdən imtina etməsi barədə bəyanatını şərh edərkən deyib.

"İsrailin hücum öncəsi Rusiyanın yardımlarını nəzərə almadığı barədə ehtimalları əsaslı hesab etmirəm. Ortada bir İsrail və Rusiya sövdələşməsi var ki, kritik vəziyyətlərdə qarşılıqlı olaraq bir-birilərinin maraqlarını nəzərə alırlar. Məhz, Rusiya öz maraqlarına ziyan dəyməməsi üçün S-300 raket sistemlərinin kodlarını İrana verməyib. Bu birmənalı olaraq İsrail-Rusiya sövdələşməsidir və bunu rəsmi Tenhran da anlamamış deyil", deyə Natiq Miri bildirib.


 
Lakin bu olay ekspertə görə, İranla Rusiya arasında münasibətlərə ciddi mənada təsir etməyəcək:

"Çünki indiki vəziyyətdə Rusiya ilə İranın bir-birinə ehtiyacı var. İran üçün nüvə ölkəsi olan Rusiya Qərbə qarşı dayanmaqda yardımçı vasitədir. Ona görə də Rusiyanın sözügedən hərəkətinin İranla Moskva arasında mübasibətlərə zərər verəcəyi inandırıcı deyil. Çünki onun baş verməsi indiki vəziyyətdə İran üçün arzuolunmaz situasiya yaradar. Rusiyanın bundan sonra da İrana qırıcı təyyarələr və havadan müdafiə raket sistmləri verməsi ilə bağlı müəyyən anlaşma və danışıqlar var. Əvəzində İran kamikadze dronlarının Rusiya ərazisində istehsalını təmin edir. Hətta balistik raketlərin Rusiyaya verilməsi də gündəmdədir. Bu səbəbdən Tehranla Moskva arasında münasibətlərin hər hansı bir şəkildə kəskinləşəcəyini gözləmirəm. Doğrudur bu addım qarşılıqlı etimad məsələsini sarsıdır. Hər şey dövlətlərin maraqlarının sərhədinə qədərdir. Rusiya heç bir zaman öz maraqlarının əleyhinə getməyib".

Qeyd edək ki, SEPAH generalı Qurbanəli Salavatian özünün X hesabında Moskvanın İsrailin İrana etdiyi hava hücumu zamanı S-300 hava hücumundan müdafiə sistemlərini aktivləşdirmək üçün kodları İrana verməkdən imtina etdiyini bildirib. "O sistemlərə verilən 800 milyon dollar pula, 15 il gözləməyə və Rusiyaya inanmağa heyif olsun", deyə o bildirib. 

Xatırladaq ki, bundan əvvəl başqa bir neçə iranlı ekspert və rəsmi də İsrailin hücumu zamanı Rusiyanın İranı tək qoyduğundan gileylənib. İsrail isə hücum zamanı 4 ədəd S-300 zanit-raket kompleksini məhv etdiyini açıqlayıb. 

Rüfət Sultan
Chosen
123
qaynarinfo.az

1Sources