ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, Vaşinqtonun Avropada geosiyasi dominantlığı dövrü başa çatıb.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
"(Kamala) Harris və ya (Donald) Tramp? Bəziləri iddia edir ki, Avropanın gələcəyi Amerika seçkilərindən asılıdır, amma bu, ilk növbədə bizdən asılıdır. Bir şərtlə ki, Avropa nəhayət yetkinləşsin və özünə inansın. ABŞ prezident seçkilərinin nəticəsi nə olursa olsun, geosiyasi autsorsinq erası bitdi”, – Tusk “X”də yazıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”