EN

İsrail xüsusi təyinatlıları "Hizbullah" üzvünüOĞURLADI

İsrailin dəniz xüsusi təyinatlı qrupu Livanın şimalında yerləşən Batrun şəhərinin sahilində əməliyyat keçirib.

Redaktor.az xəbər verir ki, İsrailin bu əməliyyatı barədə “Al Hadath” televiziya kanalı məlumat yayıb.

Məlumata görə, əməlliyyat zamanı “Hizbullah”ın üzvü oğurlanıb. Oğurlanan livanlı İmad Amhaz sürətli katerlə aparılıb.

Livanın ictimai işlər və nəqliyyat üzrə müvəqqəti naziri Əli Hamiye Livan vətəndaşının oğurlandığını təsdiqləsə də, oğurlanan şəxsin "Hizbullah"la əlaqəsi olduğunu deməyib.

"Livan ordusu və xüsusi xidmət orqanları hadisənin bütün detalları ilə bağlı araşdırma aparır," - o qeyd edib.

İsrailin təhlükəsizlik xidmətindəki mənbə “Sky News Arabia” telekanalına "Hizbullah" üzvünü əsir götürdüklərini təsdiqləyib.

Chosen
107
13
redaktor.az

10Sources