Yazını böyüt
Yazını kiçilt
İranın şimalında yerləşən Germsar şəhəri yaxınlığında 4,6 maqnitudalı zəlzələ nəticəsində azı 9 nəfər xəsarət alıb.
Hafta.az-ın məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verib.
Bütün yaralıların yüngül bədən xəsarətləri aldığı bildirilib. Həmçinin zəlzələdən sonra şəhərdə bəzi abonentlərin işıq və internet bağlantısının kəsildiyi qeyd olunub.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, təxminən 49,4 min insanın yaşadığı Germsar şəhərindən 5 km şimal-şərqdə baş verən zəlzələ yerin 35 km dərinliyində qeydə alınıb.