EN

Qərbdə yeganə Lenin muzeyi BAĞLANDI

Finlandiyanın Tampere şəhərində Vladimir Leninlə İosif Stalinin ilk görüşünün keçirildiyi binada təşkil edilən Qərbdə yeganə Lenin Muzeyi bağlanıb.

Redaktor.az xəbər verir ki, muzey 1905-ci ilin dekabrında Leninlə Stalinin ilk dəfə görüşdüyü Rusiya Sosial Demokrat İşçi Partiyasının birinci konfransının keçirildiyi Tamperedəki Fəhlə Evinin zalında yerləşirdi. O zaman Tampere Tammerfors adlanırdı və Finlandiya Böyük Hersoqluğu Rusiya İmperiyasının tərkibində idi.

Lenin Muzeyinin yerində sərgiləri iki dövlət arasında münasibətlərin tarixinə həsr olunacaq tarix muzeyi yaratmağı planlaşdırırlar. Yeni muzeyin 2025-ci il fevralın 15-də açılışı planlaşdırılır

Chosen
56
7
redaktor.az

9Sources