EN

Dirəklərə tor qurmaqla qanunsuz ov edənlər saxlanıldı

Astarada qanunsuz ov edən şəxslər barədə tədbir görülüb.   Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Rüdəkənar kəndinin müxtəlif ərazilərində dirəklərə tor qurulması müəyyən edilib. Qanunsuz əməli törədən R.Vəliyev, M.Əliyev, H.Rzayev və Q. Vəliyevdən müvafiq sənədləri olmayan ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış çox sayda sintetik torlar və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.

Həmin şəxslər barəsində protokollar tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.

Chosen
12
30
manset.az

10Sources