EN

Moldova Aİ ölkələrinə Rusiyanın diaspor səsverməsini pozmaq planları barədə xəbərdarlıq etdi...

Yazını böyüt
Yazını kiçilt

Moldova bir sıra Avropa İttifaqı ölkələrini məlumatlandırıb ki, Rusiya bazar günü keçiriləcək prezident seçkilərində xaricdəki seçki məntəqələrində moldovalı mühacirlərin səsverməsini pozmağa çalışacaq.

Hafta.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Moldova hökumətindəki mənbə məlumat çatdırıb.
Agentliyin adının açıqlanmasını istəməyən həmsöhbəti bildirib ki, İtaliya, Fransa, Almaniya, İspaniya, Kanada, Rumıniya, ABŞ və Böyük Britaniyadakı seçki məntəqələri Rusiya Federasiyası tərəfindən səsverməni pozmaq üçün hədəfə alına bilər.

“Məqsəd evakuasiya (bomba təhlükəsi səbəbindən) və polis yoxlamaları zamanı səsvermə prosesini dayandırmaqdır. Biz xahiş edirik ki, səsvermə prosesini dayandırmayan prosedurlar və protokollar tətbiq edilsin”, – deyə Moldova bir sıra Aİ ölkələrini məlumatlandırıb.

Qərbdə yaşayan moldovalı seçicilər əsasən avropapərəst hesab olunurlar və buna görə də Moldovanın Avropa İttifaqına üzv olmaq cəhdini dəstəkləyən Sanduya daha çox səs verəcəklər.

Oktyabrın 20-də keçirilən referendumda Sandu komandasının qələbəsi üçün diaspor səsverməsi həlledici oldu və bu, ölkənin Aİ-yə daxil olmaq istəklərini təsdiq etdi. Referendum seçkilərin birinci turu ilə eyni vaxtda baş tutub.

Mənbə deyir ki, Moskva səsvermə üçün Moldova vətəndaşlarını təyyarə və avtobuslarla Azərbaycan, Belarus, Türkiyə və Moldovaya daşıyıb və bununla Sandunun rəqibi Aleksandr Stoyanoviçin şansını maksimum dərəcədə artırmağa çalışıb.

Chosen
40
hafta.az

1Sources