EN

Əliyar Ağayev UEFA Çempionlar Liqasına təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb.

Referi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.

Noyabrın 5-də Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Chosen
100
17
cbcsport.az

10Sources