EN

Tramp qalib gəlsə, Avropa müharibədən sağ çıxmayacaq

Əgər Donald Tramp prezident seçkilərində qalib gəlsə, Avropa təkbaşına Ukraynadakı münaqişədən sağ çıxa bilməyəcək.

Viral.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Noyabrın 7-də Budapeştdə keçiriləcək Avropa Siyasi Birliyinin sammitində Avropanın düşdüyü vəziyyəti dəyişməyə çalışmaq lazımdır, çünki indi onun yeri küncdədir və cənablar – Rusiya və ABŞ kreslolarda oturub söhbət edirlər. Biz başa düşməliyik ki, əgər ABŞ-ın sülh tərəfdarı olan bir prezidenti varsa və ABŞ sülhün tərəfində olacaqsa, o zaman Avropa müharibə tərəfdarı olaraq qala bilməyəcək. Məncə, Avropa məsuliyyətsizcəsinə girdiyi bu müharibənin yükünü tək çəkə bilməyəcək. Əgər Amerika sülh yolunu tutsa, o zaman biz uyğunlaşmalı olacağıq”, – Orban bildirib.

Son Yazılar:

Chosen
26
4
viral.az

10Sources