EN

Seçkiyə 1 gün qaldı - səsvermədə son vəziyyət necədir?

ABŞ prezidentliyi uğrunda mübarizə aparan respublikaçı Donald Tramp və demokrat Kamala Harrisin reytinqi açıqlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, NBC-nin keçirdiyi son sorğuda namizədlərin eyni səs aldıqları üzə çıxıb.

Belə ki, Tramp kişilər arasında daha populyardır - 58% onu dəstəkləyir, cəmi 40% Harrisə səs verəcəyini bildirib.

Qadınlar arasında isə Harris 57%, Tramp 41% səs toplayıb.

Qaradərili seçicilər böyük çoxluqla Harrisin tərəfindədir - 87%; Tramp isə qaradərililərin cəmi 9%-dən müsbət cavab alıb.

Harris həmçinin 30 yaşdan kiçik seçicilər (57%; Tramp - 41%) və ağdərili kollec təhsilli seçicilər arasında (55%; Tramp 43%) Trampdan öndədir.

Tramp isə əyalət seçiciləri (75%; Harris 23%), ağdərili seçicilər (56%; Harris 42%) və kollec diplomu olmayan ağdərili seçicilər (64%; Harris 34%) arasında liderlik edir.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi 5 noyabrda keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
75
3
milli.az

10Sources